"Neftçi" UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı

28 İyul 2021 22:52 (UTC+04:00)

"Neftçi" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.

SİA xəbər verir ki, Bakı klubu evdə "Olimpiakos"u (Yunanıstan) qəbul edib. "Bakcell Arena"da keçirilən görüşdə "Neftçi" 0:1 hesabı ilə məğlub olub. Bu komandalar arasında Yunanıstanda oynanılan ilk görüşdə də eyni hesabla uduzan "Neftçi" Çempionlar Liqasında mübarizəni dayandırıb.

Samir Abasovun baş məşqçisi olduğu komanda Avropa Liqasının 3-cü təsnifat mərhələsində münarizəni davam etdirəcək. "Neftçi" burada HİK-lə (Finlandiya) görüşəcək.

"Olimpiakos" isə ÇL-in 3-cü təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək.

28 iyul

21:00. "Neftçi" - "Olimpiakos" (Yunanıstan) - 0:1
Qol: Masuras,15
"Bakcell Arena"
İlk oyun - 0:1
Hakimlər: Rikardo de Burqos, Roberto del Palomar, Yon Nunyes, Adrian Kordero (İspaniya)