AQTA monitorinqləri davam etdirir

28 İyul 2021 17:39 (UTC+04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir. AQTA-dan SİA-ya verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyulun 27-də ölkə üzrə 379 ictimai iaşə obyektində 637 monitorinq keçirilib. Monitorinqlər zamanı 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail ‎rayonu, Böyük Qala 4 ünvanında yerləşən, fiziki şəxs Əsədov Elçin Səməd oğluna məxsus kafe;

2. Bakı şəhəri, Nərimanov ‎rayonu, Ə.Rəcəbli 38 ünvanında yerləşən, fiziki şəxs Aslanov Rafiq Zabit oğluna məxsus “Şəki” restoranı.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.