Nüvəsizləşdirmə qətnamələrini Çin və bir çox ölkə pozur - ANALİZ

28 İyul 2021 17:53 (UTC+04:00)

Çin ölkənin sərhədinə yaxın ərazilərdəki səhralarında inşa etdiyi ikinci nüvə raket məntəqəsi peyk görüntülərində əks olunub. Bu xəbər dünya siyasətində kifayət qədər təyziqlə qarşılanıb. SİA-nın verdiyi məlumata görə, ABŞ-dan gələn Çinin səhrada nüvə təsisi qurması barədə mübahisəli hesabatlar isə maraq doğurub. Mütəxəssislərin fikrincə Çinin Sincan bölgəsindəki peyk şəkilləri ilə təyin olunan yeni raket bazası, 110 silo təşkil edə bilər. Bu barədə məlumatlar Amerika Elm adamları Federasiyasının (FAS) bazar ertəsi yaydığı açıqlamada da deyilib.

Araşdırmalara əsasən əldə edilən peyk şəkilləri, Çinin dünyaya verdiyi “nüvədən imtina edirik” mesajı ilə ziddiyyət təşkil edir. Ortaya çıxarılan faktlar isə göstərir ki, Çin nüvə silahlarını artırır və bu yöndə bir çox investisiyalar planlaşdırır.

Səhrada 23 yanvar, 20 mart və 9 iyun tarixlərində əldə edilmiş 3 şəkildə aydın görünür ki, sürətli bir şəkildə nüvə təsisinin inşası davam edir. FAS-ın hesabatına görə, bu bölgələrdəki fəaliyyət "Çinin nüvə arsenalının indiyədək ən əhəmiyyətli genişlənməsi" hesab edilir. Media orqanları peyk şəkilləri və nüvə təsisi ilə əlaqədar şərh almaq üçün Çin Xarici İşlər Nazirliyi və Çin Müdafiə Nazirliyinə müraciət ediblər, lakin hələ də bir açıqlama verilməyib.

"James Martin Center"in son aylarda yayımladığı hesabatda, Sincan əyaləti ilə qonşu olan Gansuda da daha 120 silos miqdarında anbarın inşa edildiyi ortaya çıxıb. Çin əvvəllər də olduğu kimi bu prosesi boynuna almasa da bütün faktlar artıq dünya ictimaiyyətinə dəqiqlilkə çatdırılıb.

Şübhə yoxdur ki, Çinin əsas nüvə səlahiyyətlərindən biri nüvə silahlarının maksimum dərəcədə azaldılmasıdır. Bu fundamental mövqe PRC, Birləşmiş Millətlər Təşkilatı, digər beynəlxalq təşkilatlarda, o cümlədən çoxtərəfli danışıqlar forumu - Cenevrədəki tərksilah, nüvə silahının tam qadağan edilməsi və ləğvi üçün konfranslarında da öz əksini tapıb. 28 aprel 2004-cü ildə 3 aprel 2004-cü ildə və 2005-ci ildə dəfələrlə bu mövqe son dərəcə aydın şəkildə qiymətləndirilib: "Ən böyük nüvə arsenallarına sahib olan dövlətlər nüvəsizləşdirmə və nüvə silahlarına sahib ölkələrin əhatə dairəsinin kiçildilməsi üçün xüsusi məsuliyyət götürməlidir. Nüvə arsenallarının radikal qüvvələrdən uzaq tutulmasında aparıcı rol oynamalı, qanuni formada bu silahların azaldılmasını vəd etməlidir. Çin öz arsenallarını da azatmalı və bütün nüvə silahlarını tədricən məhv etməlidir". Lakin görünən odur ki, Çin başda olmaqla bir çox ölkələr bu qətnamələri heçə sayır.