Mebellərdə yaşılın yeni trendi FOTOLAR

28 İyul 2021 16:51 (UTC+04:00)

Mətbəxdən qonaq otağına vintage effekt yaradan nanə yaşıl, evinizə zərif bir atmosfer qatacaq.SİA xarici mətbuata istinadən xəbər verir ki, zalda hər hansı bir divanınızda nanə yaşılından istifadə etmək evinizdə həm rahat görünüş əldə etməyə kömək edir.

Pərdələrdə, divarlarda və kreslolarda istifadə edilən nanə yaşılı çox ahəngdar bir görünüş yaradır. Həmçinin, mətbəx şkaflarında yaşıl nanə rəng istifadə etmək, ağ taxta və boya ilə uyğunlaşır.

Eyni şəkildə, hamam çəkməcələrində istifadə etmək, xüsusən də kiçik vanna otağında çox geniş bir görünüş təmin edir.

Ayşən Vəli