Xamneyi yeni seçilmiş prezidentə tövsiyə edib

28 İyul 2021 18:37 (UTC+04:00)

İranın Ali dini lideri Ayətullah Əli Xamneyi, yeni seçilmiş prezidentə ABŞ ilə danışıqlara etimad göstərməməsini tövsiyə edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ali dini lider vəzifəsindən gedən sabiq prezident Həsən Ruhaniyə qərbin verdiyi öhdəlikləri pozduğunu xatırladıb. O, "tvitter"də etdiyi paylaşımda bunları yazıb: “Digərləri cənab Ruhani hökumətinin təcrübəsindən istifadə etməlidirlər. Bu təcrübə Qərbə etimad etməməkdir. Bu administrasiya aydın şəkildə Qərbə güvənməyin faydasız olduğunu göstərdi".

Vaşinqtonun 2015-ci ildə imzalanan nüvə razılaşmasına, əsasən, sanksiyaların ləğvi üçün yazılı vədlər verdiyini, lakin daha sonra razılıq əsasında öz öhdəliklərinə məhəl qoymadığını da sözlərinə əlavə edərək, Xamneyi bunları deyib: “Qərb və ABŞ danışıqlarında tamamilə haqsız və pis niyyətlidirlər. Öhdəliklərini ümumiyyətlə pozmaqda tərəddüd etmirlər”.

Xamneyinin yaxın müttəfiqi olan Raisinin ABŞ-a mülayim sələfindən daha sərt bir yanaşması gözlənilir.