"Azərbaycana sanki təzyiq göstərməyə çalışır" - HƏRBİ EKSPERT AÇIQLADI

28 İyul 2021 17:06 (UTC+04:00)

“Ermənistan tərəfi artıq atəşkəs imzalanan gündən başlayaraq davamlı olaraq təxribat hərəkətləri törədib”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan dövlət sərhədi Zəngilan istiqamətində, Naxçıvan, Ağdam, Xocavənd, Hadrut istiqamətində Şuşa istiqamətində davamlı olaraq təxribat törətməyə çalışırlar: “Ermənistan silahlı qüvvələrinin dövlət sərhədi boyunca həyata keçirdiyi kəşfiyyat-təxribat hərəkətlərinin ən başlıca səbəbi sülh müqaviləsini imzalamaqdan yayınmaq cəhdləri, Zəngəzur dəhlizinin açılmasını gecikdirməklə bağlıdır. Həmçinin bu hərəkətləri etməklə Azərbaycana sanki təzyiq göstərməyə çalışır. Bununla da Ermənistan siyasi rəhbərliyinin Qarabağdakı ermənilərin hüquqi statusunu təmin etməyə cəhd edir. Vəziyyətdən son dərəcədə istifadə edərək Qarabağdakı ermənilərə hüquqi statusu təmin etmək istəyirlər”.

Arzu Qurbanzadə