Netflix, 2021-ci ilin ikinci rübündə istifadəçilərinə bir çox yeni prodakşın təqdim edib. SİA xarici mənbələrə istinadən məlumat verir ki, bu prodakşnlar içərisində tamaşaçılar tərəfdən daha maraqlı olan əsərlərin olduğu açıqlanıb. 2021-ci ilin ikinci rübündə Netflix-də ən çox izlənilən məzmunlara keçməzdən əvvəl şirkətin baxış rəqəmlərini necə təyin etdiyinə nəzər salaq. Belə ki, Netflix-in bir filmi və serialı izlənmiş kimi qəbul etməsi üçün istifadəçinin həmin məzmunu açması və cəmi 2 dəqiqə izləməsi kifayətdir. Ötən ilin əvvəlində tətbiq olunan bu yeni hesablama sistemi Netflix-dəki məzmunların baxış rəqəmlərinin orta hesabla 35 faiz artmasına səbəb olub. Ən çox baxılan Netflix filmlərinin siyahısını təqdim edirik.
Netflix tərəfindən paylaşılan siyahı belədir:
1 - "Ölülər Ordusu"
2 - "Atalıq"
3 - "Şirin diş"
4 - "Kölgə və Sümük"
5 - "Lyupin Hissəsi 2"
6 - "Mitchells vs. Maşınlar"
7 - "Elit Sezon 4"
8 - "Saranı kim öldürdü? Mövsüm 2"
9 - "Dairə"
10 - "Şamın oğulları"