Rusiyalı turistlər Ermənistanda hücumlara və təhqirlərə məruz qalırlar ŞƏRH

28 İyul 2021 15:24 (UTC+04:00)

“Öyrənəndə ki, biz Rusiyadanıq, bizə qarşı baxışlar və əhval-ruhiyyələr kəskin şəkildə dəyişilir”

Rusiyanın Tolyatti şəhərindən olan Anna bu ilin iyununda iki həftəlik müddətdə Ermənistanı ziyarət edərkən, onun üçün heç də xoş olmayan təəssüratlarla geri dönməyib, üstəlik bir baqaj təəssüflərlə öz ölkəsinə qayıdıb.

“İki həftəlik dincəlməyə getmişdik, istəyirdik ki, ölkəyə baxaq, yerli mətbəxi dadaq, amma nəticədə hər addımbaşı neqativliklərlə qarşılaşdıq! Və yalnız ona görə ki, biz ruusuq”, deyə Anna bildirib. SİA xəbər verir ki, bu barədə Rusiya KİV-ləri yazırlar.

Onun sözlərinə görə, onun ünvanına tez-tez hansısa siyasi mövzular və ittihamlar yağdırılırdı: “Mən anlaya bilmirəm ki, nəyə görə mənimlə müharibə, siyasət haqqında danışılmalıdır, mən iki övladımla istirahət etməyə gəlmişəm, bunun yerinə isə ofisiant, dondurma satan ittihamlar irəli sürürlər ki, Rusiya Ermənistana müharibə zamanı kömək etmədi. Yaxşı, mənim bununla hansı əlaqəm var? Nəyə görə mən bütün bunlara qulaq asmalıyam?”.

Bənzər situasiya ilə Rusiyadan olan digər turistlər də rastaşıblar. Onlar da qəbulolunmaz münasibətlərə məruz qalmaqla Ermənistandakı “qonaqpərvərliklərdən” necə deyərlər, “dadıblar”. Belə ki, Sankt-Peterburqdan olan iki gənc cütlük - Kseniya və Aleksandr yerli əhalinin hücumlarına məruz qalıblar.

“Bu yay qərara gəldik ki, Gürcüstana və Ermənistana səfər edək. Ermənistanı ziyarət etməyi bizə dostumuz Levan məsləhət gördü. O, Ermənistan haqqında çox bəhs edirdi. Əgər biz Gürcüstandakı vaxtımızı xoş keçirdiksə, Ermənistanda üç gündən artıq qala bilmədik. Təəssüf ki, kimlər ki, bizim Rusiyadan olduğumuzu öyrənirdilərsə haqqımızda çox pis danışırdılar. İnsanların baxışları, əhval-ruhiyyələri dərhal dəyilşirdi və bu da bizi sözün əsl mənasında qorxudurdu. Ölkə bizim xoşumuza gəlsə də, orada artıq qalmağı düşünmədik”, Aleksandr bildirib.

“Kimlərlə söhbətlər edirdiksə, tez-tez bu ifadələri eşidirdik – ruslar bizi satdılar, Rusiya bizə atdı, müharibədə uduzmağımıza görə siz günahkarsınız, Putin bizə xəyanət etdi. Ümumiyyətlə, bu və bu kimi digər çoxsaylı ittihamlar. Hiss edilirdi ki, biz burada çağırılmamış qonaqlarıq. Məcbur olub ölkəni tərk etdik. Çünki hər addımbaşı eyni mənzərələrlə rastalaşmaqdan bezmişdik”, Kseniya da Aleksandrın sözlərini təsdiq edib.

Rövşən RƏSULOV