S-300-ün hissələrini satan erməni həbs edildi

28 İyul 2021 13:16 (UTC+04:00)

Rostov şəhərinin Regional Məhkəməsi Ermənistan vətəndaşı Ararat Xaçatryan və Rusiya vətəndaşı Denis Lobovu vətənə xəyanətdə və casusluqda günahkar bilib. SİA xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin (FTX) ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib.

İstintaq araşdırmalarından sonra məlum olub ki, Xaçatryan və Lobov S-300-ün bir hissəsi olan klistron haqqında məlumat toplayıb və həmin nümunələri Ukraynanın "Ukroboronprom" şirkətində çalışan əməkdaşlara ötürüblər.

Lobov avadanlıqları evinin zirzəmisində saxlayıb və satışa hazırlıqla məşğul olub. Xaçatryan isə hissələrin Ukrayna tərəfinə ötürülmə yollarını təşkil edib.

Məhkəmənin hökmü ilə Xaçatryan - 10 il 5 ay, Lobov isə 9 il 6 ay siddi rejimli koloniyada cəzaya məhkum ediliblər.