Gəncədə iki maşın toqquşub, bir nəfər xəsarət alıb

28 İyul 2021 01:36 (UTC+04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Şah İsmayl Xətai prospekti ilə Heydər Əliyev Prospektinin kəsişməsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21014" markalı minik maşını ilə "Mercedes-Vito "toqquşub.

Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.