Gəncədə iki nəfəri ildırım vurub

27 İyul 2021 20:05 (UTC+04:00)

Gəncə sakinlərini ildırəm vurub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Yenİ Gəncə yaşayış massivində baş verib.

Şəhər sakini 1973-cü il təvəllüdlü Səlimov Aydın Ələkbər oğlunu ildırım vurub. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Daha bir hadisə isə Cavad Xan küçəsində baş verib. 1985 ci il təvəllüdlü Kərimov Sərxan İsmixan oğlunu da ildırım vurub. Hal-hazırda adı çəkilən şəxs koma vəziyyətindədir.