Son illərin rekord istiləri

27 İyul 2021 21:22 (UTC+04:00)

Tədqiqatçılar, ən azı 7 gün davam edən və əvvəlki illərin temperaturasına nisbətdə bu il rekord temperaturları hesablamaq üçün iqlim modelləşdirməsindən istifadə ediblər. SİA xəbər verir ki, məqalənin müəlliflərindən biri olan İsveçrə Federal Texnologiya İnstitutundan iqlimşünas Erik Fisçer bu ilin şiddətli istilərini belə xarakterizə edib: “2021-ci ildəki ölümcül rekord istiliklərə baxmayaraq, bugünkü iqlim şəraitində mümkün olan ən sıx istilik dalğalarına yaxın bir şey yoxdur. Xüsusilə bu istilik dalğalarının önümüzdəki onilliklərdə görüləcəyi gözlənilir. İqlim dəyişikliyinə hazırlaşan cəmiyyət bu qədər istiliyə hazır olmalıdır".

Keçən ay Kanadada yüzlərlə insanın həyatını itirmiş istilik dalğasında, termometr 49,6 dərəcə göstərdi ki, bu da ölkənin əvvəlki rekordu - 1937-ci ilin istilik dalğasından 4,6 dərəcə yüksəkdir: “Artıq rekordların böyük fərqlə qırıldığını görəcəyik".