Olimpiadadakı "qızıl" filialı cüdo

27 İyul 2021 17:13 (UTC+04:00)

Bosniya-Hersoqavina dövləti 2020 Tokio Olimpiya Oyunlarında iki qızıl medal qazandığı cüdoda sürətli inkişafı və müvəffəqiyyəti ilə diqqət çəkib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini birtərəfli elan edən və 2014-cü ildə Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən tanınan Bosniya-Hersoqavina, tarixində ikinci dəfə olimpiadalarda iştirak edir. Paytaxtı Priştina olan və təxminən 1,8 milyon əhalisi olan Bosniya-Hersoqavina cüdo növünə maraq gündən-günə artmaqdadır. Qısa tarixinə baxmayaraq, "Avropanın ən gənc ölkəsi" olan Bosniya-Hersoqavina, beynəlxalq arenada mindən çox lisenziyalı cüdoçunun yetişdirilməsi ilə ad çıxartmağa başlayıb.

Driton Toni Kuka, ölkədə cüdonun yüksəlməsinin arxasında duran adam

Driton Toni Kuka, cüdo sənətinin Bosniya-Hersoqavinada irəliləməsinə səbəb olan adlardan biridir. 1992-ci ildə Barselona Olimpiya Oyunlarından əvvəl Kuka Yuqoslaviya Milli Cüdo Komandasının ən vacib idmançılarından biri kimi göstərilib. Olimpiya öncəsi medal favoritləri arasında yer alan Kuka, Yuqoslaviyanın müharibəyə sürüklənməsi və Kosovo idmançılarının oyunlarda iştirak edə bilməməsi səbəbindən xəyalına çata bilməyib.

Siyasi fikir ayrılıqları və müharibə səbəbi ilə ölkəsini beynəlxalq arenada təmsil edə bilməyən Kuka daha sonra qurduğu cüdo akademiyaları ilə ölkəsinə töhfə verib. Digər tərəfdən Kukanın məyusluq və qəzəbinin təsiri altında qurduğu akademiyalardan yetişdirdiyi idmançılar, digər tərəfdən hələ də bir çox ölkələr tərəfindən uğurları ilə tanınmayan Bosniya-Hersoqavina idmanla beynəlxalq arenada əhəmiyyətli bir yol açıb.

Olimpiadada cüdo üzrə üç qızıl medal

Olimpiya tarixində üç qızıl medal qazanan Bosniya-Hersoqavina, hamısını cüdo dalında qazandı. Bosniya-Hersoqavina, 2016 Olimpiya Oyunlarında qadınlar arasında 52 kq çəkidə Majlinda Kelmendi ilə ilk olimpiya qızıl medalını qazanıb. Tokioda da cüdo ilə gündəmə gələn Bosniya-Hersoqavina, bu dəfə qadınlara 48 kiloda Distria Krasniqi, 57 kiloda Nora Gjakova ilə qızıl medal qazanıb. Tokio 2020-nin ilk üç gününün sonunda Bosniya-Hersoqavina medallar cədvəlində 8-ci yeri tutmağı bacarıb.

Cüdo üzrə beynəlxalq nailiyyətlər

Bosniya-Hersoqavinanın beynəlxalq cüdo təşkilatlarında çox uğurları var. 2009-cu ildən bəri beynəlxalq arenada görünən Bosniya-Hersoqavina idmançıları, olimpiadalardakı uğurlarından əlavə 2 qızıl, dünya çempionatında 4 bürünc, Masters turnirlərində 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazandı. Kosovalılar Grand Prixdə 26 qızıl, 13 gümüş və 11 bürünc və Grand Slam təşkilatlarında 12 qızıl, 5 gümüş və 7 bürünc medal qazanıb.

Ziya Hikmətoğlu