Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI

27 İyul 2021 15:33 (UTC+04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68 020 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 219, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 801 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 632 349, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 686 492, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 945 857 təşkil edir.