Yaradıldığı ilk gündən bəri Azərbaycan başda olmaqla Gürcüstan, Türkiyə kimi ölkələrə də ərazi iddiaları edən Ermənistanın yaradılışı da elə işğalla başlayıb. Öz müstəqilliyini elan etmək üçün AXC-dən İrəvanı tələb edən ermənilər nəhayət öz qondarma ölkələrini qurdular. Daha sonra verdikləri vəddən dönərək Qarabağ uğrunda yenidən mübarizəyə başladılar. SSRİ tərkibində isə buna demək olar ki, nail oldular. Köçürmə siyasəti və işğallar nəticəsində Qarabağ, Zəngəzur kimi ərazilər işğala tam hazır idi. SSRİ-nin dağılmasını fürsət bilən ermənilər Qarabağı işğal etdilər. Həmin dövr öz ağır zamanlarını yaşayan Azərbaycan atəşkəsdən başqa çarə görmədi.
Belə ki, həmin dövrdə bütün dünya Qarabağ hadisələrinə səssiz qalmışdı. Bütün bunları nəzərə alan Ulu Öndər Heydər Əliyevin bağladığı atəşkəs və ondan sonrakı ordu islahatları nəticəsində bu gün artıq Qarabağ bizimdir. Uzaqgörən siyasətin nəticəsidir ki, düzgün zaman gözlənildi və həmin anda 44 günlük Vətən müharibəsi başladı. Həmin bu düzgün an zamanı Paşinyan Rusiyanın qucağından qaçıb qərbinkinə qaçırdı. Eyni zamanda da Azərbaycana qarşı atəşkəsi pozan ermənilər bizə sanki əks-hücumun tam zamanıdır mesajını verirdilər. Bütün bunlara görə, təəccüblü deyil ki, ermənilərin çoxu Nikol Paşinyanı bizim agentimiz hesab edir.
Qarabağı 44 gün ərzində itirən ermənilər yalvararaq sülh müqaviləsi istəyirdilər. Artıq nə status, nə də başqa bir mənfəət haqqında düşünən ermənilər sadəcə Azərbaycan ordusunun dayanmasını istədilər. Azərbaycan hər iki tərəfdən olan itkilərin azalması üçün daha humanist olan addımı seçdi. 44 günlük müharibənin əticəsi olaraq Rusiyanın vasitəçiliyi, həmsədrlərin dəstəyi əsasında Azərbaycan, Rusiya və Ermənistan liderləri üçtərəfli atəşkəs bəyanatını imzaladı. Həmin sənəddə Ermənistan hərbçilərinin Azərbaycan torpaqlarından çıxması, qaçqınların öz yurdlarına qayıtması, Zəngəzur nəqliyyat dəhlizinin açılması kimi regionun inkişafına, əməkdaşlığa, təhlükəsizliyin təmin olunmasına təkan verəcək məsələlər öz əksini tapıb. Bütün bunlara rəğmən bu gün, öz dövlətlərinin suverenliyini bizim mərhəmətimizə borclu olan bu xalq yenə də xaincə təxribatlara əl atır. Heç bir məntiqi nəticə vəd etməyən bu təxribatların məqsədi isə təxmin oluna bilər.
Erməni təxribatları bütün dünyaya göstərmək istəyir ki, münaqişə hələ bitməyib. Beləliklə onlar digər ölkələrin və beynəlxalq qurumların diqqətini bura yönəltmək istəyirlər. Yəni demək olar ki, ermənilərin məqsədi məsələyə yenidən baxılmasıdır. Digər tərəfdən demək olar ki, erməni tərəfi atəşkəsi pozub atəş açırsa deməli, birabaşa olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımır. Belə olan halda onlar hesablamalıdırlar ki, əgər biz də onların ərazi bütövlüyünü 2-3 günlüyünə unutsaq, Azərbaycan ordusu İrəvanın bir addımlığında olacaqdır.
Yuxarıda da qeyd etdiyimiz kimi bu qonşu dövlət Azərbaycan torpaqlarının üzərində qurulub. Başqa sözlə, İrəvan, Zəngəzur və Göyçə Azərbaycanın tarixi, əzəli əraziləridir. Belə olan halda onlar düşünməlidirlər ki, əgər Azərbaycan qərar versə ki, son qarış torpağı da geri alsın, onlar da əcdadları kimi vətənsiz qalacaqlar. İndi isə onlar hələlik öz qondarma vətənlərinin qədrini bilməlidirlər. Çünki gün gələcək ki, Göyçə də, İrəvan da öz doğma sakinlərini qarşılayacaq.