Koronavirusa sutkalıq yoluxma sayı 3 600-ü keçib - GÜRCÜSTANDA

27 İyul 2021 11:57 (UTC+04:00)

Gürcüstanda ötən sutkada daha 3 666 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 1 335 nəfər sağalıb. SİA-nın verdiyi məlumata görə, son 24 saat ərzində 17 yeni ölüm faktı qeydə alınıb.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 407 689 nəfərdə aşkarlanıb. Onların 376 088-i sağalıb, 5 731-i vəfat edib.

Bu günə olan aktiv xəstə sayı 25 844 nəfərdir.