Partlayışlarda 4 nəfər ölüb, 43 nəfər yaralanıb - FHN AÇIQLAMA YAYDI

27 İyul 2021 11:10 (UTC+04:00)

2021-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 43 partlayış hadisəsi baş verib. SİA FHN-in cari ilin I yarımilliyi üzrə statistikasına istinadən xəbər verir ki, bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 hadisə və ya 2% çoxdur.

Partlayışlar zamanı 4 nəfər həlak olub, 43 nəfər yaralanıb.

Partlayışların 1-i fərdi evin yardımçı tikililərində, 17-si çoxmənzilli yaşayış binalarında, 1-i sosial-məişət və mədəniyyət təyinatlı binalarda, 2-si isə istehsalat obyektylərində qeydə alınıb.