Boksçu Tokio Olimpiadasında tarix yazdı

27 İyul 2021 11:00 (UTC+04:00)

Türkiyəli boksçu Busenaz Sürmeneli Tokio-2020-də tarix yazıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Tokio Olimpiadasının son 16 turunda polşalı rəqibi Karolina Koszevskayı 5-0 məğlub edən Türkiyə millisinin boksçusu Busenaz Sürmeneli, Türkiyənin Olimpiya tarixindəki, boks yarışlarında ilk qadın qələbəsini qazanaraq dörddəbir finala adını yazdırmağı bacarıb.

Busenazın dörddəbir final oyunu 30 iyul saat 06:03-də başlayacaq.

Ziya Hikmətoğlu