Döyüşçümüz qalib oldu - FOTOLAR

26 İyul 2021 18:28 (UTC+04:00)

Ümid Məmmədzadə dünya şöhrətli idmançıya vaxtından əvvəl qalib gəlib. SİA xəbər verir ki, Azərbaycanda WJFMMAF (dünya jaquar döyüş növləri federasiyası) beynəlxalq federasiyası tərəfindən şəhidlərin əziz xatirəsinə həsr olunan peşəkar döyüşlər təşkil olunub. Burada 30 peşəkar döyüş keçirilib.

Günün döyüşü isə ağır çəki dərəcəsində mübarizə aparan yerli idmançımız , dünya və avropa çempionu Ümid Məmmədzadə ilə Türkiyəli döyüşçü, 60 peşəkar döyüş keçirdən, onlardan 47 –də qalib gələn və bu qalibiyyətlərdən 20-ni nakautla udan Gökhan Gülücüylə arasında baş tutub. Qeyd etmək lazımdır ki , yerli idmançımız Ümid Məmmədzadə 6 peşəkar döyüş keçirib , məğlibiyyəti yoxdur. 6 döyüşdən 4-ü vaxtındna əvvəl yekunlaşıb. Ümid Məmmədzadə bu qalibiyyəti ilə peşəkar döyüşlərinin sayını 7-yə, vaxtından əvvəl qalibiyyətlərinin sayını isə 5-ə çatdırıb.

Ümid Məmmədzadə öz qələbəsini əziz şəhidlərimizin xatirəsinə həsr edib və öz çıxışından bildirib ki , “ Mən öz qələbəmi 44 günlük Vətən Müharibəsi dövründə şəhid olmuş əziz qardaşlarımızın xatirəsinə həsr edirəm. Əgər onlar olmasaydı biz öz tarixi dədə-baba torpaqlarımıza qovuşa bilməzdik. Bütün şəhid ailələrinin qarşısında baş əyirəm. Allah bütün qazilərimizə can sağlığı versin!”

O , həmçinin qeyd edib ki , Türkiyəli rəqiblə, xüsusilə bu qədər peşəkar rəqiblə qarşı-qarşıya gəlmək çətin olduğu qədər də məsuliyyətli idi. 2 Dövlət 1 Millətik. Amma bu döyüş meydanıdır, bütün idmançılar da yalnız qalibiyyət üçün meydana çıxır . Şükürlər olsun ki , qalib mən oldum və kəmər Azərbaycanda qaldı.