Türkiyənin “Adana Demirspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, super liqa təmsilçisi fransalı yarımmüdafiəçi Benjamin Stambulini transfer edib. 30 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Stambuli daha əvvəl İngiltərədə “Tottenhem”, Fransada “Monpelye” və PSJ kimi klublarda çıxış edib. Futbolçunun son ünvanı Almaniya “Şalke” klubu olub.
Ziya Hikmətoğlu