Çindən ABŞ-a mesaj

26 İyul 2021 18:02 (UTC+04:00)

Rəsmi Pekin Vaşinqtonu Çindən “xəyali düşmən” yaratmaqda ittiham edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Pekin ABŞ-dan məmurlara, tələbələrə və kommunist partiya üzvlərinə qarşı sanksiyaların qaldırılmasını tələb edib. Çin xarici işlər nazirinin müavini Xie Feng deyib: “İki ölkə arasındakı münasibətlər "durğun" vəziyyətdədir. Çin mediasının verdiyi məlumata görə, "ciddi çətinliklər" hələ də qalır".
ABŞ, Çini “xəyali düşmən ” yaradaraq öz milli məqsədlərini yenidən canlandırmaq istəyir” – deyə o, əlavə edib.

Xarici İşlər Nazirliyinin veb saytında verilən bir açıqlamaya görə, Xienin ABŞ həmkarına Vaşinqtonun "məcburi diplomatiyanın ixtiraçısı" olduğunu dediyi qeyd olunub.

Çin xarici işlər nazirinin müavini, həmçinin Şermanla Çinin şimalındakı Tianjin şəhərində görüşüb. Xarici işlər nazirinin müavini Şermana bir neçə tələb təqdim edib.

Turqay Musayev