Yeni mövsümə hazırlaşan "Fənərbaxça" transferlərə də davam edir. Komandadan kənarlaşdırılan Sadık Çiftpınarın yeni komandası bəlli olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Hatayspor" və "Kasımpaşa" 28 yaşındakı müdafiəçini transfer etmək istəyirlər. 2 il əvvəl Yeni Malatyaspordan 750 min avroya transfer olunan, ancaq ondan gözləniləni edə bilməyən və zədələri səbəbi ilə bir çox matçı buraxan Sadık Çiftpınarın "Fənərbaxça" karyerası sona çatıb.
Ziya Hikmətoğlu