Keçən ay Əfqanıstanın Qəndəhar vilayətində talibanla toqquşmalar minlərlə ailəni yerindən edib. SİA-nın xarici mətbuatına istinadən verdiyi məlumata əsasən, Əfqanıstanda 150 min nəfər, yəni 22 min ailə yaşadığı yeri tərk edib.
Bölgədəki Qaçqınlar Komitəsinin direktoru Dost Məhəmməd Daryab məsələ ilə bağlı Əfqanıstan mətbuatına açıqlama verib: "Yaşadığı yerlərdən köçən insanların hamısı Əfqanıstanın qeyri-sabit bölgələrdən şəhərin mərkəzindəki təhlükəsiz bölgələrə qaçıblar. Bu köçkünləri şəhərdə yerləşdirmək üçün yalnız dörd düşərgə qura bildik. Əfqanıstanın iş adamları bizə yeməklərdə kömək edirlər”.
Qeyd edək ki, Qəndaharda 650 mindən çox insanın yaşayır. Əhalisi baxımından ölkənin Qabildən sonra ikinci böyük şəhərdir. 1996-2001-ci illərdən etibarən Qəndəhar bölgəsi Taliban qüvvələrinin mərkəzinə çevrilib.