Güclü yağış Londonda küçələrin bəzilərini su altında qoyub

26 İyul 2021 00:21 (UTC+04:00)

Londonda yağan güclü yağış şəhərin onlarla küçələrini su altında qoyub, nəticədə şəhərin bir neçə rayonunda avtomobillərin hərəkəti iflic vəziyyətə düşüb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Birləşmiş Krallığın meteoroloji xidməti məlumat yayıb.

Londonun xilasetmə xidmətlərinə yol hissələrini və zirzəmilərini su basması ilə bağlı yüzlərlə zənglər daxil olub. Hazırda rəsmi olaraq leysan qurbanları haqqında dəqiq məlumat verilməyib.