Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan-Pakistan-Türkiyə parlamentlərinin rəhbərlərinin birinci üçtərəfli görüşündə iştirak etmək üçün sabah Azərbaycana səfərə gəlir.
SİA-nın məlumatına görə, üçtərəfli görüş iyulu 27-də keçiriləcək. Görüşdə "Bakı Bəyannaməsi" imzalanacaq.
Məlumata əsasən, iyulun 26-da M.Şentop Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək.
İyulun 28-i Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Bildirilir ki, M.Şentop həmçinin Şuşa və Füzuliyə də səfər edəcək.