Şəhid Kamal Kamallının ölümündən 40 gün ötür - FOTOLAR

25 İyul 2021 11:35 (UTC+04:00)

Bu gün Şəhidimiz Kamal Kamallının Şəhidlik zirvəsinə ucaldığı gündür. SİA xəbər verir ki, Şəhid Kamallı Kamal 2021-ci ilin bu günündə Laçın rayonu, Cicimli kəndində qəhrəmancasına Şəhid olub. Bu gün Şəhidin Şəki kəndində 40 mərasimi keçirilir. Kamallı Kamal Vilayət oğlu 1995-cu ildə Şəki şəhəri, Şəki kəndində anadan olub. 2002-ci ilin sentyabr ayının 1-də Əyyub Namazov adına Şəki rayon kəndində 1-ci sinifə getmiş, 2013-cü ildə orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. Məktəbi bitirdikdən sonra 2014-cü ildə Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsinə xidmətə yolanmış. Kamal Kəlbəcərin uğrunda qəhrəmancasına döyüşlərdə yaxından iştirak etmişdir. O, 2021-ci il İyun ayının 16-da Laçın rayonu, Cicimli kəndində qəhrəmancasına Şəhid olub. Qəbri Şəki kənd qəbiristanlığındadır. Adı əbədiləşdirilərək, Kəndin girişinə şəkilli vurulmuşdu.

Qeyd edək ki, Şəhid Kamallı Kamal Kəlbəcər uğrunda medalı ilə təltif edilib. Unutmayaq…. Yad edək… Hər bir ŞƏHİDİMİZİ yaxından tanıyaq…

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!