Belçikanın cənubunda güclü yağışlar yenidən daşqınlara səbəb olub

25 İyul 2021 05:03 (UTC+04:00)

Belçikanın cənubunda güclü yağışlar səbəbindən yeni daşqınlar baş verib.

SİA-nın "new.in-24.com" saytına istinadən verdiyi məlumata görə, bir neçə yaşayış məntəqəsi, o cümlədən Vallonia bölgəsinin paytaxtı Namur şəhəri su altında qalıb.

Bildirilir ki, fəlakətdən ən çox Dinan şəhəri ziyan çəkib.

"Metz çayında suyun səviyyəsinin kəskin artması nəticəsində bir neçə şəhər rayonunu su basıb, küçələrdə suyun səviyyəsi 30 santimetrə çatır. Xoşbəxtlikdən söhbət yalnız maddi ziyandan gedir, həlak olan yoxdur", - Dinan şəhərinin burqomistri Aksel Tikson deyib.

Bənzər vəziyyət Arden bölgəsindəki digər yaşayış məntəqələrində müşahidə olunur.

Son məlumatlara əsasən, Belçikada 14-16 İyul tarixlərində baş verən daşqın nəticəsində 32 nəfər həlak olub, təxminən 60 nəfər yaralanıb. On minlərlə ev dağılıb və zədələnıb, onlarla yaşayış məntəqəsi qaz, işıq və su təchizatından məhrum olub. Daşqın 50 mindən çox avtomobili məhv edib.