Bağdadda baş vermiş 19 iyul terrorunun təşkilində şübhəli bilinən şəxslər saxlanılıb

25 İyul 2021 04:26 (UTC+04:00)

İraqın paytaxtı Bağdadda nəticəsində 30 dinc sakinin həlak olduğu 19 iyul terror hücumunun hazırlanmasında şübhəli bilinən şəxslər ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İraqın Baş naziri Mustafa əl-Kazimi bildirib.

"Hazırda saxlanılanlar araşdırmalar üçün istintaq orqanlarına gətirilib. Yaxın gələcəkdə onlara qarşı həbs qətimkan tədbiri elan ediləcək", - məlumatda deyilir.

Xatırladaq ki, 19 iyulda İraqın paytaxtında əhalinin sıx olduğu bazarda partlayış törədilib. Terror hücumu 30 vətəndaşın ölümünə, 50-dən çox sakinin yaralanması isəbəb olub.