Badamdar qəsəbəsindəki dağ ətəyində baş vermiş yanğın söndürülüb

25 İyul 2021 03:17 (UTC+04:00)

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, əməliyyat şəraitinin operativ və düzgün qiymətləndirilməsi, yanğına çevik müdaxilə, cəlb edilən qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sayəsində yanğının geniş əraziyə və yaşayış evlərinə tərəf yayılmasının qarşısı alınıb.

İlkin məlumata əsasən, yanğın nəticəsində quru ot və kol-kos yanıb.

Qeyd edək ki, ərazinin relyefinin mürəkkəbliyi səbəbindən yanğınsöndürmə işlərinə yanğın texnikalarının cəlb olunması mümkün olmayıb. Yanğınsöndürmə işlərində əl əməyindən istifadə olunub.

Əlavə məlumat veriləcək.