Türkiyə ordusu Suiyada iki şəhid verib

25 İyul 2021 02:13 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyadakı "Fərat qalxanı" əməliyyatı bölgəsində türk hərbçilərin olduğu zirehli hərbi avtomobilə silahlı hücum olub.

SİA-nın Türkiyənin Milli Müdafiə Nazirliyinə (MSB) istinadla verdiyi xəbərə görə, terror aktında Türkiyə Ordusunun 2 hərbçisi şəhid olub, daha ikisi yaralanıb.

Hələb əyaləti yaxınlığında baş vermiş terror aktının PKK/YPG tərəfindən törədildiyi bildirilib.