"Ronaldo bizi lə qalacaq" - "Yuventus"un vitse-prezidenti

25 İyul 2021 01:08 (UTC+04:00)

"Yuventus"un vitse-prezidenti Pavel Nedved komandanın futbolçusu Kriştiano Ronaldo haqda danışıb.

SİA İtaliya mətbuatına istinadən xəbər verir ki, o, portuqaliyalı hücumçunun Turin təmsilçisində qalacağını deyib: "Kriştiano bazar ertəsi günü klubun bazasına qayıdır. O, bizimlə qalacaq".

Qeyd edək ki, Ronaldonun "Yuventus"la müqaviləsi 2022-ci ilin iyunu başa çatır.