Türkiyədə son sutkada yeni növ koronavirusdan daha 59 nəfər vəfat edib

24 İyul 2021 23:57 (UTC+04:00)

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 59 nəfər vəfat edib.

SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 221 463 nəfər test edilib, 12,381 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 5 383 nəfər sağalıb.