TƏBİB Xalq artisti Səməd Səmədovun ölüm səbəbini açıqlayıb

24 İyul 2021 23:19 (UTC+04:00)

TƏBİB Xalq artisti Səməd Səmədovun ölümü ilə bağlı açıqlama yayıb.

SİA-nın məlumatəna görə, qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış bildirib ki, xalq artisti Səməd Səmədov 2021-ci il iyulun 23-də tarixində 60-70 saturasiya ilə Yeni klinika tibb müəssisəsinə daxil olub. Döş qəfəsi komputer tomoqrafiyasının nəticələrinə əsasən onda koronavirus ağırlaşması, ikitərəfli poliseqmentar multifokal pnevmoniya təsdiqlənib. Bütün səylərə baxmayaraq, COVID ağırlaşmalarından biri olan sepsis və septik şok inkişaf edib, böyrək çatışmazlığı yaranıb, təəssüf ki, xalq artistinin həyatını xilas etmək mümkün olmayıb.