Təhsil naziri müəllimlərin işə qəbulu imtahanlarında yaranmış narazılıqlara münasibət bildirib

24 İyul 2021 22:51 (UTC+04:00)

"2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunmuş test tapşırıqları haqqında sosial mediada yayılmış narazılıqlardan məlumatlıyıq".

SİA-nın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində bildirib.

Nazir deyib ki, bunları nəzərə alaraq, ekspert komissiyası tərəfindən test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparılacaq: "Araşdırmaların nəticəsinə əsasən, növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq".