Bəhlul Mustafazadənin transferi ləğv olunur?

24 İyul 2021 21:06 (UTC+04:00)

"Əl Əyn" hələ Bəhlul Mustafazadənin keçidini rəsmən açıqlamayıb. Birləşmiş Ərəb Əmirlikləri klubu ilə “Sabah” arasında anlaşma baş tutsa da, millimizin müdafiəçisinin tibbi yoxlanışa çağırılması gecikdirilir. SİA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, məsələnin həftəiçi həll olunacağı gözlənilsə də, bu, baş vermədi. Görəsən, hər iki klub arasında anlaşma olduğu halda, "Əl Əyn" rəhbərliyi Bəhlulla bağlı başqa nə qərar verə bilər?

Məntiqlə müqavilə varsa, gec-tez transfer rəsmi açıqlanmalıdır.

Müəyyən mənbələrdən əldə etdiyimiz məlumata görə, belə durumda "Əl Əyn" ən yaxşı halda "Sabah" və Bəhlul Mustafazadəni müəyyən maliyyə qarşılığında razı salmaqla transferdən imtina edə bilər.

Belədə ərəblər təzminat da ödəməli olacaq. Amma birtərəfli qaydada transferdən imtina indiki halda mümkün deyil.