"Qalatasaray" transferlərə ara vermir

24 İyul 2021 15:09 (UTC+04:00)

UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsinin ilk oyununda PSV-yə 5-1 məğlub olduqdan sonra "Qalatasaray" transferlərə olan diqqətini yüksəldib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rumıniyanın 10 nömrəli oyunçusu Alexandru Cicaldau ilə danışıqlara başladığını bildirən sarı-qırmızılılar, Fransanın sağ cinah müdafiəçisi Saça Boeyi də heyyətlərinə qatmağı düşünürlər.

"Qalatasaray", Fransa Liqa 1 komandası "Rennes"dən transfer olan 20 yaşlı futbolçu ilə danışıqlara başladığını rəsmən açıqlayıb.