TV proqramında əlbəyaxa dava

24 İyul 2021 14:22 (UTC+04:00)

Moldovada daxili işlər nazirinin keçmiş müavini Gennadi Kosovan və prezident Maia Sandunun keçmiş müşaviri Sergey Tofilat qonaq olduqları bir televiziya proqramında mübahisə ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, canlı yayımdakı qızğın mübahisə yumruqlarla sona çatıb. Masanın üstündəki stəkanı Tofilata atan Kosovan, qarşı tərəfdən yumruqla vurulub və huşunu itirib. Proqramda seçkilər və ölkədəki siyasi vəziyyət müzakirə olunub. Dava olduğu üçün proqram dayandırılıb.

Proqramın aparıcısı Dmitri Misin, proqramdan sonra sosial media hesablarından açıqlama verib. Açıqlamada Kosovan və Tofilatın barışdıqları və ikisinin əl sıxışdığı bildirilib.

Turqay Musayev