Ruminiya millisinin üzvü "Qalatasaray"da

24 İyul 2021 13:06 (UTC+04:00)

"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisi Rumıniyanın "Universitatya" (Krayova) komandasının yarımmüdafiəçisi Aleksandru Çikıldeu ilə anlaşıb.

24 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanacaq.

Rumıniya millisinin də formasını geyinən Çikıldeu meydana çıxdığı 14 oyunda 2 qol vurub.