"Mançester Yunayted” heyətini belə gücləndirdi

24 İyul 2021 12:54 (UTC+04:00)

“Qırmızı şeytanlar” Dortmund “Borussiya”sından Ceydon Sançonun keçidini rəsmiləşdirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.

Almaniya mətbuatının xəbərinə görə, “Mançester Yunayted” ingilis yarımmüdafiəçi üçün “Borussiya”ya bonuslarla birlikdə 95 milyon avro ödəyəcək.