Silahlı hücumu dayandırmaq barədə ABŞ VƏ AB ÇAĞIRIŞ ETDİ

24 İyul 2021 11:40 (UTC+04:00)

ABŞ və Avropa Birliyi, Əfqanıstandakı tərəfləri barışıq qurmağa və vəziyyətə siyasi bir həll axtarmağa çağırır və qeyd olunur ki, Taliban hərəkatı hücumu dayandırmalı və bölgələrə humanitar giriş təmin edilməlidir. Bildirilir ki, ölkədəki diplomatik nümayəndəliklərin təhlükəsizliyi də təmin edilməlidir. SİA xəbər verir ki, bu barədə Avropa Birliyi və ABŞ-ın birgə bəyanatında bildirilir.

"Hər iki tərəfi qalıcı, eyni zamanda hərtərəfli bir atəşkəs və gələcək Əfqanıstan dövlətinin təməl prinsipləri və son siyasi razılığa gələnə qədər keçid idarəetmə mexanizmlərinin təfərrüatları barədə razılığa gəlməyə çağırırıq", deyə mətni Dövlət Departamenti tərəfindən yayılab bəyənatda qeyd olunur.

Bəyanatda deyilir ki, keçid idarəetmə mexanizmləri əhatəli olmalıdır və Əfqanıstanın terrorizmlə mübarizə daxil olmaqla, beynəlxalq öhdəliklərinə uyğun olmalıdır.

ABŞ və AB Talibanı Əfqanıstandakı hücumu dayandırmağa və hökumət ilə birlikdə sülh prosesində konstruktiv iştirak etməyə çağırır. Bəyanatda deyilir ki, Taliban infrastrukturu qorumalı, şiddəti azaltmalı, mülki insanları qorumalı və humanitar yardım göstərmək üçün işləməli, xüsusilə də pandemiya qarşısında götürdükləri vəzifələri yerinə yetirməlidir.

ABŞ və AB tərəfləri xarici diplomatik nümayəndəliklərin, media işçilərinin, hava limanlarının və QHT-lərin təhlükəsizliyini təmin etməyə çağırır.