Dövlətin təhsilə olan diqqəti: prioritetlər və uğurlar ŞƏRH

24 İyul 2021 11:33 (UTC+04:00)

Leyla Məmmədova: “Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində, eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb, yeni məktəb, həmçinin məktəbəqədər təhsil müəssisələri, uşaq evləri tikilib və ya əsaslı təmir edilib”

Ölkə Prezidenti cənab Prezident İlham Əliyevin təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər təhsil tariximizdə yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunur, təhsil sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınır. Bu fikirləri SİA-ya Bərdə rayonu 10 saylı körpələr evi-uşaq bağçasının müdiri Leyla Məmmədova bildirib.

Onun sözlərinə görə, məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan, təhsil sektorunun yol xəritəsi olan təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq edilməsi özündə bir sıra mühüm faktorları əks etdirir. Belə ki, ötən müddət ərzində strategiyanın icrası istiqamətində bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilib. Son illərdə təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artıb və bu reallıq Azərbaycandakı məktəb və məktəbəqədər təhsil sisteminin ən mmüasir stnadratlar çərçivəsindəki tərəqqisinə yol açıb.

Leyla Məmmədova qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində, eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb, yeni məktəb, həmçinin məktəbəqədər təhsil müəssisələri, uşaq evləri tikilib və ya əsaslı təmir edilib. Maraqlı və mühüm məqamlardan biri isə ilk dəfə olaraq regionlarda, həmçinin ucqar kəndlərdə modul tipli məktəb təcrübələrinin tətbiq edilməsidir.

Son illərdə məktəbəhazırlıq səviyyəsi daim prioritet istiqamət olmuş, qısa müddət ərzində ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qruplarının təşkil olunması yolu ilə uşaqların təhsilə cəlb edilməsi səviyyəsi ən yüksək səviyyəyə qədər çatdırılmışdır

O cümlədən vurğulanıb ki, təhsilin keyfiyyətinə təsir edən mühüm amillərdən biri məktəbəqədər təhsillə əhatəlilik səviyyəsidir. Belə ki, beynəlxalq qiymətləndirmə tədqiqatları da məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi ilə şagird nailiyyətləri arasında birbaşa əlaqənin olduğunu sübut edir. Məhz bu səbəbdən son illərdə məktəbəhazırlıq səviyyəsi daim prioritet istiqamət olmuş, qısa müddət ərzində ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qruplarının təşkil olunması yolu ilə uşaqların təhsilə cəlb edilməsi səviyyəsi ən yüksək səviyyəyə qədər çatdırılmışdır. Beləliklə, həyata keçirilən tədbirlər nəticəsində tarixən məktəbəqədər təhsil müəssisələri olmayan yaşayış məntəqələrində, regionlarımızın ucqar kəndlərdə də uşaqların məktəbəhazırlığı təmin edilməkədir.

Xüsusilə qeyd edə bilərik ki, 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra qazilərimizin, şəhidlərimizin övladlarının təhsil məsələlərinə mühüm diqqət ayrılmaqdadır. İstər orta, istərsə də ali təhsil müəssisələrində təhsil alan övladlar bir sıra imtiyazlarla əhatələnməkdədirlər. O cümlədən, pullu təhsil müəssisələrində oxuyan uşaqların xərcləri dövlət hesabına keçirilmişdir.

UNICEF və Avropa Birliyinin maliyyə dəstəyi ilə 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihələri reallaşdırılır

Görülən işlərlə yanaşı, təməl bacarıqların erkən yaş dövründən əldə edildiyi nəzərə alınaraq, digər yaş qrupları üzrə uşaqların təhsilə cəlbi istiqamətində də tədbirlər həyata keçirilir, UNICEF və Avropa Birliyinin maliyyə dəstəyi ilə 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihələri reallaşdırılır. Bu kimi fəaliyyətlərdə regoinlara daha çox önəm verilir.

Prezident İlham Əliyev cənabları son illərdə müəllimlərlə bağlı həyata keçirilən fəaliyyəti yüksək qiymətləndirərək müəllimlərin XV qurultayının iştirakçılarına təbrik məktubunda vurğulayıb: "Müəllim əməyinin stimullaşdırılması tədbirləri nəticəsində cəmiyyətimizdə müəllimin nüfuzu yüksəlmiş, istedadlı gənclərin müəllimlik peşəsinə marağı əhəmiyyətli dərəcədə artmışdır. Qazanılan uğurlar dövlətin təhsil sahəsinin davamlı inkişafına diqqət və qayğısının təzahürü, eyni zamanda, Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir”.

Bu, bizim müəllim olmağımızla yanaşı, həm də vətəndaşlıq borcumuzdur

Qeyd edim ki, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində də sistemli tədbirlər həyata keçirilir, beynəlxalq təcrübə nəzərə alınmaqla, ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün modul-kredit və rəqabətəsaslı təlimlər sistemi tətbiq edilir.

Əlbəttə ki, bütün bunlar bütövlükdə gələcəyimiz olan uşaqların ölkəmizə verəcəkləri səmərələrinin daha keyfiyyətli olacağına zəmanət, töhfə verən gerçəkliklərdir. Azərbaycanın gələcəyi məhz onların əllərindədir. Bu baxımdan, təhsil işçiləri olaraq bizlər də yorulmadan, əzmlə dövlətimiz, ölkə rəhbərliyimiz tərəfindən aparılan uğurlu təhsil siyasətinə dəstəyimizi göstərməli, bütövlükdə Azərbaycan təhsilinin adını ən yüksək zirvələrə qaldırmalıyıq. Bu, bizim müəllim olmağımızla yanaşı, həm də vətəndaşlıq borcumuzdur.