Tokio-2020 olimpiya rekordu ilə start götürüb

24 İyul 2021 10:29 (UTC+04:00)

Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk medal dəsti sahibini tapıb.

SİA-nın məlumatına görə, qadınlar arasında 10 metr məsafəyə güllə atma yarışlarında mükafatçılar müəyyənləşib.

251,8 xal toplayan Çin idmançısı Tsyan yan fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, bu göstərici ilə yeni olimpiya rekordu müəyyənləşdirib.

Rusiya güllə atıcısı Anastasiya Qalaşina 251,1 xalla gümüş medal qazanıb. Üçüncü yeri isə 230,6 xal yığan isveçrəli Nina Kristen tutub.

Qeyd edək ki, Tokio olimpiadasına avqustun 8-də yekun vurulacaq.