Azərbaycan atıcısı Tokio-2020-də mübarizəni dayandırıb

24 İyul 2021 09:52 (UTC+04:00)

Tokioda 2020-ci il Yay Olimpiya Oyunları çərçivəsində 10 metr məsafədən pnevmatik tapançadan atıcılı yarışlarının təsnifat mərhələsi başa çatıb.

SİA-nın məlumatına görə, Azərbaycan atıcısı Ruslan Lunyov bu mərhələdə 20-ci yer tutaraq dörddəbir final mərhələsinə çıxa bilməyib.

O, altı cəhd ərzində 574 xal toplaya bilib.

R.Lunyov avqustun 1-də 25 metr məsafədən atəşaçma yarışlarında iştirak edəcək.