Göldə batan Qazax rayon sakininin meyiti tapılıb

24 İyul 2021 00:11 (UTC+04:00)

Qazax rayonu, Çaylı kəndində göldə batan 1987-ci il təvəllüdlü Bayramov Anar Arzu oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, A.Bayramovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.