Türkiyənin Əfqanıstan siyasəti necə olacaq?

23 İyul 2021 17:11 (UTC+04:00)

11 sentyabr hücumlarından sonra Əfqanıstana daxil olan ABŞ uzun illər bu ölkədə qaldı. Türkiyə Böyük Millət Məclisinin 10 oktyabr 2001-ci il tarixli və 722 saylı qərarı ilə verilən səlahiyyət əsasında Əfqanıstana daxil olan Türkiyə Silahlı Qüvvələri NATO çərçivəsində Əfqanıstana hərbi hissələr göndərdi.

Əfqanıstanda uzun illər qalan ABŞ qoşunlarını buradan çıxarmaq qərarına gəldi. Ancaq Türkiyənin Əfqanıstanda qalacağı düşünülürdü. NATO baş katibi Jens Stoltenberg iyun ayında Avropa ölkələrinin liderləri ilə danışıqlar apardı. Daha sonra ABŞ, Fransa, Almaniya və İngiltərənin müdafiə nazirlərinin qatıldığı iclasda Əfqanıstan müzakirə edildi. NATO Zirvəsində Prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında keçirilən görüşdən əvvəl Milli Müdafiə naziri Hülusi Akar açıqlamasında Türkiyənin Əfqanıstanda qalmaq niyyətində olduğunu söylədi. Bununla birlikdə, bu prosesin müəyyən şərtlərdən asılı olduğunu və siyasi, maliyyə və maddi-texniki dəstək göstərildiyi təqdirdə həyata keçiriləcəyini bildirmişdi.

Bütün bunları nəzərə alaraq Türk ordusunun Əfqanıstandaki varlığı dəqiqləşmişdi. Ərdoğan və Bayden arasındakı 14 İyun görüşündən sonra Prezident Ərdoğan növbəti açıqlama verdi. Türkiyənin Əfqanıstanda olması tələbinə cavab olaraq ABŞ-ın siyasi, maddi-texniki və maliyyə dəstəyinin lazım olduğunu söylədi.

NATO iclasından sonra Ağ Evin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Ceyk Sullivan açıqlamalar verdi. "Türkiyənin Kabil hava limanının təhlükəsizliyini təmin etməkdə aparıcı rol oynaması barədə razılığa gəldik" dedi. Bütün bu proses nəticəsində ABŞ qoşunlarını Əfqanıstandan çıxardı. Türkiyəyə olunacaq yardım isə tamamilə konkrertləşmədi.

Bütün bu proseslər ərzində bir sıra dövlət adamları Türkiyəni bu prosesdən uzaqlaşdırmağa çalışdı. Hansı ki, həmin adamların fikirlərinə görə ABŞ vəd etdiyi yardımı göstərməyəcək, Talibanla bağlanmış müqavilə müvəqqətidir. Bütün bunlara rəğmən Türk ordusu riski gözə aldı və Kabil hava limanını qorumağı vəd etdi. İllərdir orada qalan ABŞ qoşunu isə geriyə baxmadan ordusunu çıxardı. Bütün bu gedişatlar Türkiyəni NATO-nun ən fədakar üzvü etdi. Əvvəllər NATO-da Türkiyənin rolu danılsa da artıq bu mümkünsüzləşdi.

Türkiyədə islam adı ilə qurulan heç bir birlik, Talibanın İslam anlayışıyla yaxınlaşmır. Belə ki, Taliban heç bir ayrı-seçkilik etmədən bütün türklərə kafir deyir. Türklər də eyni zamanda onları radikal adlandırır və onların dininə “bu islam deyil” deyirlər. Ama bütün bunlara rəğmən Türkiyə ABŞ-la Talibanın qurduğu dialoqdan daha yaxşı bir dialoq qura bilər. Hər halda Türkiyə buna qadir olduğu qədər də məcburdur.