Azərbaycanın Avstriyada yeni səfiri təyin edildi

23 İyul 2021 15:32 (UTC+04:00)

Prezident İlham Əliyev R.N.Sadıqbəylinin Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam verib.

Sərəncamla Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.