Milli komandamız Tokio-2020-də açılışdan əvvəl - FOTOLAR

23 İyul 2021 15:21 (UTC+04:00)

Azərbaycan nümayəndə heyəti Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paradda 5-ci keçəcək. SİA-nın Milli Olimpiya Komitəsinin saytına istinadən verdiyi məlumata görə, tədbirdə 27 nəfərlik heyət iştirak edəcək. Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Fərid Mansurov da yer alacaq. Azərbaycan bayrağını isə cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyacaq.

Xatırldaq ki, bu gün keçiriləcək açılış mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Ziya Hikmətoğlu