221 nəfər koronavirus infeksiyasına yoluxub - ERMƏNİSTANDA

23 İyul 2021 13:17 (UTC+04:00)

Ermənistanda son sutka ərzində daha 221 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub. SİA “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 228 382 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 4 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4 579-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1113 nəfərdir. Aktiv xəstələrin sayı 3894 nəfər təşkil edir.