Elxan Məmmədov könüllülərə təşəkkür etdi

23 İyul 2021 11:54 (UTC+04:00)

“Qarabağ"ın İsrail "Aşdod"u ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununu Tofiq Bəhramov adına Respublika stadionundan canlı izləyən Məmmədov könüllülərin işini yüksək qiymətləndirib. SİA-nın verdiyi məlumata görə Elxan Məmmədov könüllərə də öz təşəkkürünü bildirib. Azarkeşlər stadionda komandalarla birgə futbol həyəcanı yaşayır, dəstəklərini nümayiş etdirirlər. Sevindirici haldır ki, AÇ-2020-də olduğu kimi, könüllülərimiz yenə bizimlədir. Təşəkkürlər!

Ziya Hikmətoğlu