İntihar hallarının idarə olunması olduqca çətindir TƏBİB

23 İyul 2021 10:22 (UTC+04:00)

İntihar hallarının idarə olunması olduqca çətindir.

SİA-nın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi xidmətlər Departamentinin Psixososial Dəstək Fəaliyyətləri uzmanı Nərmin Osmanlı bildirib.

O qeyd edib ki, bəzən müharibədən qayıdan qəhrəman qazilərimiz psixoloji yardım almaqla bağlı məcburiyyətdən qaçırlar: "Çünki bu, könüllülük əsasında olmalıdır. Gələcəkdə intihar hallarının qarşısının alınması üçün çağırı mərkəzinin yaradılmasını zəruri edir. Biz hazırda çağırı mərkəzinin yaradılması istiqamətində iş aparırıq".